Pleyeri seçin:

Lənkəranda WUF13 Festivalı keçirilib - Baku TV

02 may 2026 519 baxış

Mayın 2-də ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası haqqında məlumatlandırılması məqsədilə Lənkəran şəhərində WUF13 Festivalına start verilib.

Günün birinci yarısında Lənkəran Dövlət Universitetində WUF13 ilə bağlı məlumatlandırma sessiyası təşkil olunub.

Tədbirdə universitetin və onun nəzdindəki Sosial və Aqrar Texnoloji Kollecin müəllim və tələbə heyəti, eləcə də digər qonaqlar iştirak ediblər.

Çıxışlarda WUF13-ün ölkəmiz üçün əhəmiyyəti və onun çərçivəsində müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb. O cümlədən Böyük İpək Yolunun üzərində yerləşən Lənkəran şəhərinin tarixi və mədəni irsini qorumaqla yanaşı, müasir tikililərlə harmonik şəkildə vəhdət təşkil etdiyi qeyd olunub.

Qeyd edək ki, Lənkəranda keçirilən WUF13 Festivalının ikinci hissəsi axşam saatlarında açıq havada Heydər Əliyev adına Xatirə Parkında ictimai proqramlarla davam edib.

Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılıb. Eyni zamanda WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunub.

Banner
Yağışda küçədən keçmək müşkülə çevrilir | Sakinlər palçıq içində qalan yoldan şikayətçidir - Baku TV

Yağışda küçədən keçmək müşkülə çevrilir | Sakinlər palçıq içində qalan yoldan şikayətçidir - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 519 baxış
Gəmidə itkin düşən azərbaycanlının axtarışları davam etdirilir - Baku TV

Gəmidə itkin düşən azərbaycanlının axtarışları davam etdirilir - Baku TV

Cəmiyyət
07 oktyabr 2026 519 baxış
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan konfrans - Baku TV

Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan konfrans - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 519 baxış
“Şəxsiyyətimə dair nəyisə ələ keçirsələr...” | Poverbankların bilmədiyimiz təhlükəsi - Baku TV

“Şəxsiyyətimə dair nəyisə ələ keçirsələr...” | Poverbankların bilmədiyimiz təhlükəsi - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 519 baxış
Əhalinin nəzərinə | Un məhsullarının qiyməti nə qədər arta bilər? - Baku TV

Əhalinin nəzərinə | Un məhsullarının qiyməti nə qədər arta bilər? - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 519 baxış
“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” | Əlilliyi olan Fərid - ARZUNUN VAXTI

“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” | Əlilliyi olan Fərid - ARZUNUN VAXTI

Cəmiyyət
06 oktyabr 2026 519 baxış
Hökməli sakinləri evdən çıxmaqda çətinlik çəkir

Hökməli sakinləri evdən çıxmaqda çətinlik çəkir

Cəmiyyət
06 oktyabr 2026 519 baxış
“Klyok” geyinirlər, üstdən də qaloş...” | Palçığa çevrilən küçədə dəhşətli mənzərə - Baku TV

“Klyok” geyinirlər, üstdən də qaloş...” | Palçığa çevrilən küçədə dəhşətli mənzərə - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 519 baxış
Yeni Ramanada şagirdlərin təhlükəli yolu | Səkisi olmayan yolda müxbirimizin çətin anları - Baku TV

Yeni Ramanada şagirdlərin təhlükəli yolu | Səkisi olmayan yolda müxbirimizin çətin anları - Baku TV

Cəmiyyət
06 oktyabr 2026 519 baxış
Yeni Ramanada məktəbə gediş-gəliş niyə təhlükəyə çevrilib? - Baku TV CANLI

Yeni Ramanada məktəbə gediş-gəliş niyə təhlükəyə çevrilib? - Baku TV CANLI

Cəmiyyət
06 oktyabr 2026 519 baxış
Seçilmişlər
icon