Pleyeri seçin:
Lökbatanda yol nə vaxt düzəldiləcək? | Sürücülər çıxılmaz vəziyyətdə - Baku TV
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol yararsız vəziyyətdədir.
Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşların sözlərinə görə, ərazidə aylar əvvəl qazıntı işləri aparılıb, lakin asfalt hələ də çəkilməyib. Nəticədə yolun bir hissəsi istifadəyə yararsız vəziyyətə düşüb.
Yolun daralması səbəbindən avtomobillər əks istiqamətə çıxmağa məcbur qalır. Bu isə ərazidə tıxacların yaranmasına və qəza riskinin artmasına səbəb olur.
Qeyd edək ki, məsələ ilə bağlı daha əvvəl də reportaj hazırlanmışdı. Həmin vaxt aidiyyəti qurum tərəfindən problemin qısa müddətdə həll olunacağı və yolun bərpa ediləcəyi bildirilib. Lakin aradan aylar keçməsinə baxmayaraq, yol hələ də əvvəlki vəziyyətində qalıb.
Kopyalandı
#Lökbatan qəsəbəsi teqi istifadə olunub
- Lökbatanda sürücülər üçün təhlükəli vəziyyət
- "Normal yol kimi görünür, amma..." | Bu yol insanları niyə faciəyə sürükləyir? - Baku TV
- “Deputat dedi ki, o işlərə baxan çox həyasızdır” - Sakinlər yay aylarında bu zülmü çəkir - Baku TV
- "Ya sənədi ver, ya da pulumu qaytar" | Vətəndaş aldığı evin sənədsiz olduğunu sonradan bildi
- Lökbatan sakinləri su probleminin illərdir həll olunmamasından narazılıq edir - Baku TV
