Pleyeri seçin:
Maşınla suyu gətirən kim, marketdən alan kim | Əhali niyə çarəsiz qalıb? - Baku TV
Səbail rayonunun Bayıl qəsəbəsində sakinlər su problemindən şikayətçidirlər.
Ömər Faiq Nemanzadə küçəsi, 98 ünvanında yaşayan sakinlərin sözlərinə görə, ərazidə artıq 10 gündür su yoxdur.
Sakinlər bildirirlər ki, əraziyə su adətən günaşırı verildiyi üçün evlərin qarşısındakı çənlərdən istifadə olunur. Lakin son 10 gün ərzində çənlərdəki su ehtiyatı da tükənib.
Vətəndaşların sözlərinə görə, problemin həlli ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, suyun nə vaxt veriləcəyi ilə bağlı onlara dəqiq məlumat verilməyib.
Hazırda sakinlər gündəlik su tələbatlarını su daşıyan avtomobillər vasitəsilə ödəməyə, yaxud marketlərdən su almağa məcbur olduqlarını deyirlər.
Kopyalandı
#Səbail rayonu teqi istifadə olunub
- Ödənişli parklanma niyə xidməti oldu? | Sakinlərin parklanma problemi böyüyür - Baku TV
- Sakinlər xidməti parklanmanın yaratdığı problemdən şikayətçidir
- "İndi 40 manat istəyirlər ki..." | Parklanmadakı dəyişiklik əhalini özündən çıxardı - Baku TV
- "Problemlər çoxdur, fasad dağılıb-tökülür..." | Sakinlərin şikayəti nə vaxt həll olunacaq? - Baku TV
- Sakinlər nə edəcəyini bilmir | Badamdarda yol 4 aydır bağlıdır? - Baku TV
