Məktəbə gedən yolda dözülməz vəziyyət | Sakinlərin səsinə səs verən olacaq? - Baku TV
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində 284 nömrəli məktəbin qarşısındakı yolun vəziyyəti sakin və valideynlərin narazılığına səbəb olub.
Ərazidə yaranan çoxsaylı çalaların yağışlı havalarda su ilə dolduğu, bunun isə həm piyadaların, həm də sürücülərin hərəkətini çətinləşdirdiyi bildirilir.
Sakinlərin sözlərinə görə, yoldakı çalalar avtomobillərə ziyan vurur, təkərlərin partlamasına və nəqliyyat vasitələrinin müxtəlif texniki problemlərlə üzləşməsinə səbəb olur.
Problemin xüsusilə tədris ilinin başlaması ilə daha da aktuallaşacağı gözlənilir. Valideynlər məktəbə gedib-gələn uşaqların təhlükəsizliyi və ərazidə yarana biləcək tıxaclarla bağlı narahatlıqlarını ifadə edirlər.
Sakinlər bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, indiyədək nəticə olmayıb.
#Biləcəri teqi istifadə olunub
- Biləcəri sakinləri 202 nömrəli avtobusdan şikayətləndi - Baku TV
- Avtobusun marşrut dəyişikliyi Biləcəri sakinlərinə çətinlik yaradır - Baku TV CANLI
- Biləcəridə qəzalı ev problemi ailəni kirayədə qalmağa məcbur etdi - Baku TV CANLI
- "Bilmirik, kimə müraciət edək" | Təhlükəli evdə yaşayanlar niyə köməksiz qalıb? - Baku TV
- Sakinləri evlərindən didərgin salan hadisə | Həyət evində görün nə baş verdi - Baku TV
