Meşəli soyqırımını törədən ermənilərdən biri "Laçın" postunda saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri saxlanılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə cinayət işinin istintaqı davam etdirilir.
İstintaqla müəyyən edilib ki, həmin tarixdə 1955-ci il təvəllüdlü Azərbaycan vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşayan azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edib. 25 nəfər azərbaycanlı milliyyətindən olan şəxsi öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan qanunları ilə müəyyən edilən əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salıb.
Bundan başqa, Xaçaturyan Vaqif Çerkəzoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 900 manat məbləğində maddi ziyan vurub.
Keçirilmiş axtarış tədbirləri nəticəsində Vaqif Xaçaturyan iyulun 29-da Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Həmçinin qeyd olunub ki, Vaqif Xaçaturyanın Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, zəruri tibbi yardımın göstərilməsi, həmçinin BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə şəraitin yaradılması təmin ediləcək.
Hazırda cinayət işi üzrə digər təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
#Meşəli soyqırımı teqi istifadə olunub
- Xaçatryana verilən həbs cəzası dəyişdirildi?
- 14 yaşında güllələnən Meşəli sakini məhkəmədə yarasını göstərdi: Sizdə insaf var?
- Xaçatryanın vəhşilikləri ifşalanır: Meşəlidə əliyalın sakinləri qətlə yetiriblər
- Xaçatryanın məhkəməsində şahid danışdı: Xocalı qatilinin ikiüzlülüyü
- Xaçatryan Azərbaycan xalqından üzr istədi: məhkəmədən son görüntülər
