Məşhur müğənnini qorxuya salan şəxs kimdir? | DİN hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Sevda Sanaliyeva tanıdığı şəxs tərəfindən izlənildiyini bildirib.
Bu barədə ifaçı sosial şəbəkədə paylaşım edib.
Müğənni bir nəfər şəxsin onu izlədiyini deyərək, yaşadığı binanın qarşısında və evinin önündə çəkilən videogörüntüləri izləyiciləri ilə bölüşüb, aidiyyəti qurumlara müraciət edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən açıqlama verilib ki, xanım müğənninin müraciəti ilə bağlı araşdırma aparılır:
“Şəxs saxlanılıb. Barəsində protokol tərtib edilib. Baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək”.
Qeyd edək ki, sözügedən videoda müğənni həmin şəxsi çox yaxşı tanıdığını deyərək onun təhlükəli adam olduğunu söyləyib. Sevda deyib ki, əgər ona nəsə olsa, bunun səbəbkarı müğənnini təqib edən şəxs olacaq.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
- Bakıdakı kütləvi davanın pərdəarxası: Görüş faciəyə çevrildi - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
