Metropoliten sədri sərnişinlərdən gileyləndi | Təəssüf ki, keçən il 2845 dəfə...
“2024-cü ildə Bakı metrosunda ekskalatorlar 2845 dəfə dayandırılıb və bunun cəmi 13%-nin səbəbi istehsalatla bağlı olub”.
Bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov deyib.
“Ötən il biz 229-230 milyon sərnişin daşımışıq. Bu qədər insanın təhlükəsizliyini təmin etmək bizim üçün ən mühüm məsələlərdəndir. Bu istiqamətdə tədbirlərimizi davam etdirəcəyik.
Eyni zamanda sərnişinlərimizdən də bir az daha məsuliyyətli davranmalarını xahiş edirik. Metroda 115 ekskalator var və onların dayandırılması əsasən sərnişinlərin davranışı ilə bağlıdır.
Təəssüf ki, bunun da yarısı heç bir səbəb olmadan sərnişinlərin düymələrə basması nəticəsində olub. Bu, sərnişinlərdə narahatlıq və çaşqınlıq yaradır, metronun fəaliyyətini pozur. Eyni zamanda qatar qapılarına müdaxilə edilməsi, düşən sərnişinlərə yol verilməməsi kimi hallar fəaliyyətimizə mənfi təsir göstərir. Sərnişinlərdən xahiş edirik ki, texniki təhlükəsizlik qaydalarına riayət etsinlər”, – deyə o qeyd edib.
#Bakı Metropoliteni teqi istifadə olunub
- Metro istifadəçiləri üçün mühüm dəyişiklik qüvvəyə minir - Baku TV
- Sərnişinlərə şad xəbər | Bu stansiyalara giriş nə qədər müddət ödənişsiz olacaq? - Baku TV
- Metroda əsaslı təmir işləri noyabrda başa çatacaq
- Əsas yenidənqurma işləri yekunlaşır | Metro sərnişinləri üçün vacib xəbər - Baku TV CANLI
- Metrodan istifadə edənlər mütləq bilsin | Bu stansiyada hansı işlər görülür? - Baku TV
