Mikoplazma pnevmoniyasının simptomları açıqlandı | Kimlər yoluxa bilər?
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial əlaqələrin məhdudlaşdırılması, otaqların havalandırılması, əllərin təmizliyi və maska taxılması mikoplazma pnevmoniyasına yoluxma riskini azaltmağa kömək edə bilər.
Rusiyalı immunoloq Nikolay Kryuçkov bildirib ki, mikoplazma pnevmoniyasına həm böyüklər, həm də uşaqlar yoluxa bilərlər.
Onun sözlərinə görə, simptomlar əsasən kəskin respirator virus infeksiyalarına (KRVİ) bənzəyir – yüngül hərarət, öskürək, ümumi zəiflik. Daha ağır hallarda isə təngnəfəslik, dərinin göyərməsi, daha güclü zəiflik və yüksək hərarət müşahidə edilə bilər.
Həkim vurğulayıb ki, mikoplazma pnevmoniyasından qoruyan peyvənd mövcud deyil. Lakin ümumi ehtiyat tədbirlərinə əməl etməklə yoluxma riskini minimuma endirmək mümkündür.
Sosial əlaqələrin məhdudlaşdırılması, otaqların havalandırılması, əllərin təmizliyi və maska taxılması – bütün bu tədbirlər birlikdə effektiv işləyir. Bu yolla öz riskinizi əhəmiyyətli dərəcədə azalda bilərsiniz. Yoluxma halları artdıqda isə yayılmanın qarşısını almaq üçün yerli karantin tədbirlərinin tətbiqi məsləhət görülür.
#Sağlamlıq məsləhətləri teqi istifadə olunub
- "Həkim kimi danışır, amma həkim deyil" | Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - Baku TV
- Zeytun yağı niyə əvəzolunmazdır?
- Orucluqdan sonra necə qidalanmalıyıq? | Elə yemək lazımdır ki... - Baku TV
- İnsult və infarktın səbəbi | Gülüş sağlamlığımıza necə təsir edir?
- Tünd şokoladın tərkibində hansı vitaminlər var? | Sağlamlığın şirin qoruyucusu
