Milli Məclisdə dərman mübahisəsi
Yeniliklərdən dərhal xəbərdar olun
“Qanunun iki maddəsində çox təzadlı fikirlər var”.
Bunu Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında deputat Rəşad Mahmudov deyib.
O bildirib ki, dərman vasitəsinin öz əmtəə nişanı ilə adı yazılmır, təsiredici maddənin adı yazılır: “Bu ola bilər. Amma təsiredici maddəsi olmayan dərman yoxdur. Bu gələcəkdə bizə problem yarada bilər.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə Rəşad Mahmudova cavab verib: “Dərman vasitələrinə aid olan bütün mütəxəssislərin iştirakı ilə bu layihə hazırlanıb. Dərman vasitələrinin üzərində əmtəə nişanları deyil, yalnız formulu göstəriləcək. Dünyada elə dərman tapa bilmərik ki, onun üzərində təsiredici maddəsi göstərilməsin. Dərman vasitələrinin üzərində ilk olaraq onun təsiredicisi maddəsinin göstərilməsi çox vacibdir”.
#Milli Məclis teqi istifadə olunub
- Pensiyalarla bağlı yeni qayda | Məbləğ necə hesablanacaq? - Baku TV
- Ali təhsildə yeni dövr: Üçillik bakalavr modelinə keçid hansı hallarda mümkündür? - Baku TV
- Bank kreditlərinə alternativ üsul | Bu qanun Azərbaycanda hansı imkanları yarada bilər? - Baku TV
- Parlamentdə müzakirə: Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV
- Termin dəyişikliyi vətəndaşlar üçün nəyi dəyişəcək? - Baku TV CANLI
