Pleyeri seçin:
Mina qurbanı polis Ələsgər Əsgərovun nəşi Naxçıvana gətirilib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən terror aktı nəticəsində həlak olan Daxili İşlər Nazirliyinin polis serjantı Ələsgər Əsgərovun cənazəsi Naxçıvana gətirilib.
Naxçıvan Beynəlxalq Hava Limanında cənazənin qarşılanma mərasimi olub. Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri, Türkiyənin Naxçıvandakı baş konsulu, Muxtar Respublikanın Daxili İşlər Nazirliyinin əməkdaşları və mərhumun ailə üzvləri tədbirdə iştirak ediblər.
Polis serjantı Ələsgər Əsgərovun üçrəngli bayrağımıza bükülən cənazəsi polis əməkdaşlarının müşayiəti ilə mərasim yerinə gətirilib. Səlahiyyətli nümayəndə mərhumun ailə üzvləri ilə görüşərək başsağlığı verib.
Kopyalandı
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
