Pleyeri seçin:
Minaya düşən şəxsin vəziyyəti açıqlandı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Tərtərdə minaya düşən şəxsin vəziyyəti stabildir.
Yaralı halda Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Xəzər Babaşovun sağ ayağı topuqdan amputasiya edilib, vəziyyəti hazırda stabil qiymətləndirilir.
Qeyd edək ki, Tərtər rayonunun Suqovuşan kəndi yaxınlığında piyada əleyhinə minanın partlaması nəticəsində minatəmizləmə fəaliyyətinə cəlb olunan Beynəlxalq Avrasiya Mətbuat Fondu qeyri-hökumət təşkilatının sürücüsü, 33 yaşlı Babaşov Xəzər Tarıyel oğlu xəsarət alıb.
Məlumat üçün bildirək ki, işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi davam etməkdədir. ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərdə diqqətli olmağa çağırır.
Kopyalandı
#Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) teqi istifadə olunub
- Cəbrayılın Həsənli və Quycaq kəndlərində aparılan minatəmizləmə işlərinə baxış keçirilib - Baku TV
- Cəbrayılda ard-arda baş verən mina partlayışları ilə bağlı rəsmi məlumat yayıldı - Baku TV
- Azad torpaqlarda təhlükəsiz həyat üçün genişmiqyaslı əməliyyat davam edir - Baku TV
- ANAMA vətəndaşları minalardan təmizlənməmiş ərazilərə daxil olmamağa çağırıb - Baku TV
- Şuşada mina partlayışı | Xəsarətalan var - Baku TV
