Mingəçevirdə 9 ildir avtoyuyucu işləyən xanım
Yeniliklərdən dərhal xəbərdar olun
Zərif olsa da, zəif deyil. Çox güclüdür.
9 ildən artıqdır ki, bölgədə kişi işi ilə məşğul olan yeganə xanımdır.
32 yaşlı Ərkinaz Yəhyayeva soyuqda, qarlı, şaxtalı havada iki övladı üçün çörək qazanır. Təxminən 10 il əvvəl ailəsi dağıldıqdan sonra övladlarını saxlamaq üçün işləməyə məcbur olur. Əvvəlcə çörək sexində işə düzəlir. Burada çalışmağa səhhəti imkan vermir.
Daha sonra isə qadın üçün çətin olan avtomobil yuyucusu kimi işləməyə başlayır. Ə.Yəhyayeva ilk vaxtlar avtomobillərin salonunu təmizləyir. Bir müddət sonra isə artıq peşəkar yuyucu olaraq formalaşır. 32 yaşlı qadın gün ərzində 10-dan artıq avtomobil yuyur.
Onun müştəriləri təkcə Mingəçevirdə yaşayan sürücülər deyil, digər qonşu rayonlardan da gələnlər var. Gənc yaşlarından çətin peşə ilə məşğul olan xanım bəzən müştərilərdən onun qadın olduğunu görüb avtomobil yuduzdurmaqdan imtina edənlərin olduğunu deyir:
“Bu iş çoxlarına ağır gələ bilər. Mən övladlarım üçün, analıq borcumu yerinə yetirmək üçün bu sənəti seçmişəm. Həm də sevdiyim üçün bu sənətdəyəm”.
#Mingəçevir teqi istifadə olunub
- Mingəçevirdə energetikanın inkişafı və gələcək layihələr müzakirə olunub - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Kollecin tələbəsi bıçaqlandı - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Bağçanın həyətində 39 yaşlı qadını əri bıçaqladı - Baku TV
- “Bircə o qalıb ki, evimizi uçuraq” | Mingəçevir sakinlərindən sərt etiraz - Baku TV
- Mingəçevirin müəllimlər massivində sakinləri narazı salan nədir? - Baku TV CANLI
