Mingəçevirdə binadakı dəmir parçası sakinləri təşvişə saldı
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə beşmərtəbəli binanın dam örtüyündə təhlükəli vəziyyət yaranıb.
Şəhərin Nizami küçəsi 7 ünvanında yerləşən binanın dam örtüyündən ayrılan iri dəmir parçası bir az külək olarsa, yerə düşüb bədbəxt hadisəyə səbəb ola bilər.
Bina sakinləri hündürlükdən asılı qalan nərdivana bənzər dəmirin güclü küləkdən sonra belə təhlükəli vəziyyətə düşdüyünü deyirlər.
Sakinlər son günlər qeyri-sabit hava şəraiti, qar yağdığı, güclü külək olduğu üçün daha çox narahatdırlar.
Məsələ ilə bağlı Mənzil Təsərrüfatı Abadlaşdırma İdarəsindən Baku TV-yə bildirildi ki, həmin ünvana baxış keçirilib, binanın üzərində olan dəmir parçaları hazırda oradan qopub düşəcək vəziyyətdə deyil. Hava şəraiti normallaşandan sonra həmin dəmirlər oradan götürüləcək.
#Mingəçevir teqi istifadə olunub
- Mingəçevirdə energetikanın inkişafı və gələcək layihələr müzakirə olunub - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Kollecin tələbəsi bıçaqlandı - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Bağçanın həyətində 39 yaşlı qadını əri bıçaqladı - Baku TV
- “Bircə o qalıb ki, evimizi uçuraq” | Mingəçevir sakinlərindən sərt etiraz - Baku TV
- Mingəçevirin müəllimlər massivində sakinləri narazı salan nədir? - Baku TV CANLI
