Mingəçevirdə təhsil müəssisəsinə istilik verildi
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə Mingəçevir şəhərində yerləşən 20 saylı orta məktəbdə istiliyin olmaması, şagirdlərin məcburiyyətdən məktəbli formasında deyil, qış üst geyimində əyləşdiyi görüntüləri yayılmışdı.
Dekabrın 24-də Baku TV-də sözügedən məktəbdə mövcud problemlə bağlı xəbər vermişdik. Valideynlər belə vəziyyətdə uşaqlarının xəstələndiyini, təhsildən geri qaldıqlarını bildirmişdilər.
Dekabrın 25-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları 20 saylı orta məktəbdə olub.
Bildirilib ki, 20 nömrəli tam orta məktəbdə cari ilin payız-qış mövsümü başlamazdan öncə istilik sisteminə baxış keçirilib, qazanxanada baş vermiş texniki problemlər aradan qaldırılaraq mövsümə hazırlıq işləri aparılıb:
“Ötən günlərdə qəflətən sözügedən məktəbdə yeraltı su xəttində sızmaların baş verməsi, daha sonra elektrik sistemində transformatorun sıradan çıxması səbəbindən istilik sisteminin verilməsində müvəqqəti problem yaranıb”.
20 saylı orta məktəbdə yaranan çətinliyin aradan qaldırılması üçün mütəxəsislər təhsil müəssisəsinə cəlb edilib və problem həll edilib.
#Mingəçevir teqi istifadə olunub
- Uzun illər tək yaşayan kişinin meyiti qonşular tərəfindən aşkarlandı - ƏSAS XƏBƏR
- Mingəçevirdə energetikanın inkişafı və gələcək layihələr müzakirə olunub - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Kollecin tələbəsi bıçaqlandı - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Bağçanın həyətində 39 yaşlı qadını əri bıçaqladı - Baku TV
- “Bircə o qalıb ki, evimizi uçuraq” | Mingəçevir sakinlərindən sərt etiraz - Baku TV
