MN-dən son dəqiqə məlumatı | Ermənilər atəşkəsi pozdu
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, martın 19-u saat 19:00-dan 19:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Xatırladaq ki, ötən gün Ermənistanın Baş naziri ölkənin Müdafiə Nazirliyinə təlimat verdiyini, atəşkəs rejimini pozmamağı tapşırdığını qeyd edib. Nikol Paşinyan bunu sosial şəbəkə hesabında yazıb.
"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Ermənistan müharibəyə deyil, sülhə doğru gedir", – deyə o qeyd edib.
Lakin sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirən rəsmi İrəvanın əməlləri bunun tam əksini göstərir.
#Azərbaycan Ordusu teqi istifadə olunub
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Oktyabrın 17-si Füzuli Şəhəri Günüdür - Baku TV
- Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI
- Azərbaycanın yeni müdafiə strategiyası: ordu üçün nə dəyişəcək? - AKTUAL GÜNDƏM
