Mübahisəli əmlakın pərdəarxası | "Gizlin gəlib-gedirlər" | Bir mənzil iki nəfərə satılıb? - Baku TV
Bakının Yasamal rayonunda mənzil alan vətəndaşın iddiasına görə, illərdir aldığı əmlakdan istifadə edə bilmir. Səbəb isə onun aldığı mənzillərin başqa şəxsə də satılması ilə bağlı yaranan mübahisədir.
Vətəndaş 2017-ci ildə Abbas Mirzə Şərifzadə küçəsi, 33 ünvanında yerləşən yeni tikilidən iki mənzil və üç qaraj alıb. Ödənişi tam həyata keçirən şəxs mənzilləri təhvil almaq istəyəndə problemlə üzləşib.
Onun sözlərinə görə, mənzillərin başqa sahibi də olduğunu sonradan öyrənib.
Məsələ ilə bağlı vətəndaş tərəfindən “İnşaat Konstruksiyaları” MMC-yə qarşı məhkəməyə müraciət edilib. Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən, iki mənzil və üç qarajın vətəndaşa təhvil verilməsi barədə qərar qəbul olunub.
Şikayətçinin sözlərinə görə, məhkəmənin icra aktı ilə əmlaklar ona təhvil verilsə də, hələ də mənzil və qarajlardan tam istifadə edə bilmir.
#Yasamal teqi istifadə olunub
- "Evlərdə hamam yox idi" | XIX əsrə aid müalicəvi "Şor hamamı" söküləcək? - "Axı tarixi irsdir..."
- Ərazini su basıb, gediş-gəliş çətinləşib
- Hər yer su içində, sakinlər çətin vəziyyətdə | Yasamalda nə baş verib? - Baku TV
- Balıqların tələf olması ilə bağlı diqqətçəkən səbəblər - Baku TV CANLI
- Yasamaldakı su hövzəsində balıqların kütləvi ölümünün səbəbləri nələrdir? - Baku TV
