Müdafiə Nazirliyi erməniləri ifşa etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun bölmələrinin guya tibb maşınına atəş açması barədə Ermənistan mətbuatında məlumat yayılıb.
Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin yalanını ifşa edərək yayılan xəbərlərin dezinformasiya xarakteri daşıdığını açıqlayıb.
Xatırladaq ki, mayın 10-u axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib. Qarşı tərəfin hədəfli atəşi nəticəsində ordumuzun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb.
Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirilməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, növbəti dəfə atəşkəsi pozub. Təxribat törədilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri zəruri cavab tədbirləri görüb. Qəsdən törədilən bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Müdafiə Nazirliyinin yaydığı daha bir məlumatda bildirilir ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri təxribatlarını genişləndirmək məqsədilə iriçaplı silahlar və minaatanlardan istifadə etməklə mövqelərimizi atəşə tutmağa davam edir. Azərbaycan Ordusunun bölmələri qətiyyətli cavab tədbirləri görür.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
