Müdafiə Nazirliyi komandoya qəbul elan edib
Yeniliklərdən dərhal xəbərdar olun
Komando hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər dekabrın 26-sı 2022-ci il tarixdən 2023-cü il yanvarın 26-dək bazar günləri istisna olmaqla hər gün saat 09:00-dan 18:00-dək Bakı şəhəri, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi, Gəncə, Bərdə və Beyləqan şəhərlərindəki hərbi hissələrdə fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.
Qəbul olunmaq müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilirlər. Yalnız hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar. Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun Əməliyyat hərbi hissələrində müvafiq vəzifələrə təyin olunurlar.
Qəbul komissiyalarına müraciət edənlər bunun üçün müvafiq sənədlər təqdim etməlidirlər. Həmin sənədlərin siyahısı Müdafiə Nazirliyinin rəsmi saytında da qeyd edilib.
#Azərbaycan Respublikasının Müdafiə Nazirliyi teqi istifadə olunub
- Bakıda keçirilən NATO təlimi başa çatdı | Hərbi qulluqçuların hazırlığı qiymətləndirildi - Baku TV
- Azərbaycan və NATO arasında növbəti təlim mərhələsi yekunlaşdı - Baku TV CANLI
- Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı | Müdafiə Nazirliyindən vacib məlumat - Baku TV CANLI
- Azərbaycanda NATO standartları əsasında hərbi hazırlıq gücləndirilir - Baku TV CANLI
- Üçtərəfli əməkdaşlıq hansı sahələri əhatə edəcək? - Baku TV
