Müdafiə Nazirliyi xəbərdarlıq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 22-si saat 17:00 radələrində Şuşa rayonunun Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşınının ermənilər tərəfindən basdırılmış minaya düşərək partladığı əraziyə baxış keçirilib.
Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən keçirilən axtarış zamanı həmin ərazidə 2021-ci ildə Ermənistanda istehsal olunmuş bir neçə ədəd tank əleyhinə və xeyli sayda piyada əleyhinə mina aşkar edilib.
Müdafiə Nazirliyi bir daha bəyan edir ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistandan hərbi yüklərin daşınması dərhal dayandırılmalı, qeyri-qanuni erməni silahlı dəstələrinin ən qısa müddətdə ərazimizdən çıxarılması təmin olunmalıdır.
#Erməni təxribatı teqi istifadə olunub
- İrəvanda qalmaqallı təxribat | Paşinyan açıqlama verdi - Baku TV
- Olimpiya arenasında separatizm: idman necə siyasi silaha çevrilir? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
- Tarixi faciənin 34-cü ili | Düşmən təxribatı zamanı 22 nəfər həlak olub
- Ermənistan yeni təxribata hazırlaşır? | Hələ də yuxusundan ayılmayan İrəvan
- Erməni hərbçi sərhəddə görün nə etdi | “Caliber.Az”dan qalmaqallı görüntülər
