Müntəzəm avtobus reysləri nə vaxt istifadəyə veriləcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi oktyabrın 13-dən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə verəcək. Bu barədə agentlikdən bildirilib.
Məlumata görə, məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.
Reyslər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hər gün saat 08:00-da, Laçın şəhərindən Bakıya isə 16:00-da həyata keçiriləcək. Bakı-Laçın-Bakı reysi üzrə bir istiqamət üçün biletin qiyməti 16,2 manat təşkil edir. Bu reys üzrə Zəngilan rayonunun Ağalı kəndi aralıq məntəqə kimi müəyyən edilib. Bakı-Zəngilan (Ağalı) aralıq məntəqəsi üçün biletin qiyməti 13,9 manatdır.
Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar. Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.
#Laçın teqi istifadə olunub
- Üç qurum Laçındakı mina partlayışı barədə birgə məlumat yaydı - Baku TV CANLI
- Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Laçında xeyriyyə konserti təşkil olundu - Baku TV
- Qısqanclıq faciəyə çevrildi | Təqsirləndirilən qardaşa ağır cəza - Baku TV
- "Şükürlər olsun ki, övladım burada oxuyur" | Bilik Günü Laçında coşqu ilə qeyd olunur - Baku TV
- Laçında dəhşətli hadisə | Müğənninin qətli ilə bağlı qandonduran iddialar - Baku TV CANLI
