Muxtar Babayev Könüllülər Mərkəzinin açılışında iştirak edib
Yeniliklərdən dərhal xəbərdar olun
Cari ilin 11-22 noyabr tarixində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində könüllülərlə işin səmərəli təşkili məqsədilə 2 iyun tarixində Könüllülər Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.
Qlobal səviyyəli bu tədbirə könüllülərin yüksək səviyyədə hazırlığını təmin etmək məqsədilə COP29 sədrliyi tərəfindən təsis edilən Könüllülər Mərkəzi iyunun 2-dən fəaliyyətə başlayıb.
Açılış mərasimində COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, eləcə də media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbir çərçivəsində rəsmi qonaqlar mərkəzin iş fəaliyyətini yaxından izləyib, yaradılan şəraitlə əyani tanış olublar.
#Muxtar Babayev teqi istifadə olunub
- Tədbirdə qlobal iqlim fəaliyyətində gənclərin rolundan danışıldı - Baku TV
- “Fəlakətlərin sayı 5 dəfə artıb” | İqlim dəyişikliyinin aqrar sektora təsirləri - Baku TV
- “Azərbaycanın çox ambisiyalı enerji planları var” | Muxtar Babayev
- "Bu, trilyonlarla dollar investisiyadır" | Muxtar Babayev tarixi nailiyyətdən danışdı
- Muxtar Babayev su qıtlığından danışdı
