Naxçıvanda Heydər Əliyevin 100 illiyi münasibətilə tədbir keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar xarici diplomatlar Naxçıvana səfər edib.
Ölkəmizdə akkreditə olunan, iqamətgahı Bakıda və Ankarada yerləşən diplomatik korpus üzvləri, eləcə də hərbi attaşelər səfərdə iştirak ediblər. Ümumilikdə 80-ə yaxın ölkədən və 23 təşkilatdan 140-a yaxın qonağın iştirak etdiyi səfərdə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib.
Daha sonra “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda tədbir keçirilib. Çıxışlar zamanı ulu öndərin zəngin həyat yolu və Azərbaycan xalqının rifahı, dövlətimizin siyasi müstəqilliyi və davamlı inkişafı uğrunda yorulmaz fəaliyyəti, o cümlədən onun həyatının Naxçıvan mərhələsi haqqında əcnəbi qonaqlara ətraflı məlumat verilib.
Qeyd olunub ki, Heydər Əliyevin xarici siyasət strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni-yeni hədəflərə istiqamətlənib.
Ermənistanın işğalçılığı və düşmənçilik siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikasının 30 ilə yaxın müddətdə blokada şəraitində olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Zəngəzur dəhlizinin açılması ilə həm bu blokadaya son qoyulacaq, həm də muxtar respublika öz tranzit-nəqliyyat imkanları ilə bütün bölgənin iqtisadi inkişafına töhfə verəcək.
#Heydər Əliyev teqi istifadə olunub
- İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin abidəsini ziyarət ediblər - Baku TV
- "Heydər Əliyev tapşırıq vermişdi ki..." | "Bir səfərin izi ilə - Gürcüstan" filmi - Baku TV
- "Haber Global" Azərbaycan xalqının Milli Qurtuluş Günü ilə bağlı süjet yayımladı - Baku TV
- Milli Qurtuluşun siyasi anatomiyası: xaosdan idarə olunan dövlətə keçid - AKTUAL GÜNDƏM
- Azərbaycanda iqtisadi dinamika | ABŞ-Azərbaycan tərəfdaşlığında yeni mərhələ - YENİ BİR SƏHƏR
