Naxçıvandakı mövqelərimiz atəş altında: Müdafiə Nazirliyi təcili məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 8-i saat 13:35-dən 13:45-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qarakilsə rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.
Bundan başqa, saat 14:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
#Ordubad teqi istifadə olunub
- "Tövlədə inək sağırdım" | Ordubadın kəndlərində sel fəsadları - Baku TV
- Ordubad rayonunun kəndlərində yollara və təsərrüfatlara ziyan dəydi - Baku TV
- Oğlunun ölüm xəbərinə dözməyən ana rəhmətə getdi | Naxçıvanda faciə - Baku TV CANLI
- Oğlunun ölüm xəbərinə ana ürəyi tab gətirmədi | Naxçıvanda faciəvi hadisə - Baku TV
- Ordubadda Novruz bayramı belə qeyd edilir - Baku TV
