Naxçıvandakı muzeydə "Heydər Əliyev və Azərbaycanın yeni enerji strategiyası” bölməsi açılıb
Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyində “Heydər Əliyev və Azərbaycanın yeni enerji strategiyası” bölməsinin açılışı olub.
SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova 2024-cü ilin Naxçıvan Muxtar Respublikasının yaranmasının 100-cü, “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu, “Neft Daşları”nın yaranmasının isə 75-ci ildönümləri ilə əlamətdar olduğunu qeyd edib. Bu xüsusda, SOCAR-ın təşəbbüsü ilə Naxçıvanda Heydər Əliyev Muzeyində “Heydər Əliyev və enerji strategiyası” bölməsinin açılmasının önəmini vurğulayıb.
SOCAR-ın təşəbbüsü ilə yaradılan bölmədə ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının icrasını, dahi şəxsiyyətin neft-qaz sənayemizin inkişafına, neftçilərə yüksək diqqətini əks etdir nadir fotolar yer alıb. Burada ümummilli liderin adını daşıyan 6-cı nəsil yarımdalma qazma qurğusunun, “Prezident Heydər Əliyev” tankerinin maketləri, “Əsrin müqaviləsi”nin surəti və digər maraqlı sənədlər yer alıb.
#Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) teqi istifadə olunub
- SOCAR 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur - Baku TV
- SOCAR-ın neft emalı zavodunda şərti yanğın söndürüldü, tapşırıqlar verildi - Baku TV
- SOCAR "Eni" şirkəti ilə üçüncü ölkələrdə birgə layihələrdə əməkdaşlığı müzakirə edib - Baku TV
- Bankın böyük layihələri sırasında SOCAR yer alıb - Baku TV
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
