Pleyeri seçin:
Nəşinin qalıqları 30 ildən sonra yurduna gətirilən Füzuli şəhidinin dəfni
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü Şəmsəddin Allahverdiyevin meyitinin qalıqları 30 ildən sonra Füzuli rayonunda dəfn olunub.
Şəhid rayonun Mahmudlu kənd qəbiristanlığında torpağa tapşırılıb. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Allahverdiyev Şəmsəddin Əvəz oğlu 1971-ci il iyunun 9-da Füzuli rayonunun İşıqlı kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq ordu sıralarına yazılıb. 1993-cü il iyulun 23-də Füzuli rayonunun Cuvarlı kəndində itkin düşüb. Xocavənd Rayonu Edilli kəndində aşkarlanan kütləvi məzarlıqdan meyitinin qalıqları tapılıb.
Kopyalandı
#Birinci Qarabağ müharibəsi teqi istifadə olunub
- Azərbaycanın ilk qadın snayperi Növrəstə Yusifova vəfat etdi - Baku TV
- Birinci Qarabağ müharibəsində itkin düşmüş 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib
- Birinci Qarabağ müharibəsində itkin düşmüş neçə nəfərin şəxsiyyəti müəyyənləşdirildi? - Baku TV
- Birinci Qarabağ müharibəsinin şəhidlərinin nəşi torpağa tapşırıldı - Baku TV
- Şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları torpağa tapşırılıb - Baku TV
