Pleyeri seçin:

Olmayan internetin pulunu ödəyən kənd sakinlərinin etirazı

14 aprel 2023 430 baxış

500-ə yaxın ailənin yaşadığı Bərdənin Gərənə kəndi şəhər mərkəzindən 10 km məsafədə yerləşir.

Telefon xətləri yararsız vəziyyətdə olan sakinlər internet xidmətindən də istifadə edə bilmirlər. Köhnə rabitə dirəkləri isə vəziyyətin nə qədər acınacaqlı olmasından xəbər verir.

Gərənə kəndində telefon və elektrik xətləri 90-cı illərdə çəkilib. Sakinlər iddia edirlər ki, onlar bir ildən artıqdır ki, internetdən istifadə edə bilmirlər. Amma hər ay vaxtında telefon və internet pulunu ödəyirlər.

Övladlarının onlayn dərslərdə iştirakını təmin etmək və digər zəruri tələbatlarını ödəmək üçün məcbur qalıb internet paketləri alan sakinlərə bu, çox baha başa gəlir. Kənd camaatı üzləşdikləri problemlə bağlı aidiyyəti qurumalara müraciət etdiklərini, amma bir nəticə olmadığını deyirlər.

Məsələ ilə bağlı “Aztelecom” MMC-nin nümayəndəsi Alidə Mustafayeva bildirib ki, bu kimi problemləri aradan qaldırmaq üçün respublikanın müxtəlif şəhər və rayonlarında yeni lahiyələr həyata keçirilir. Bərdə rayonunun Gərənə kəndində də plana uyğun olaraq GPON texnologiyasının tətbiqi ilə bağlı işlər görülür və ilin sonunadək müvafiq internet qoşulmalarının təmin edilməsi nəzərdə tutulur.

Banner
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 430 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 430 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 430 baxış
150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

150 işəgötürən tərəfindən 1000-ə qədər vakansiya təqdim olunub

Cəmiyyət
28 oktyabr 2026 430 baxış
Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Küçədə antisanitar vəziyyət | Sakinləri narazı qoyan problem niyə həll edilmir? - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 430 baxış
150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

150-dən çox şirkət işçi axtarır | Bir ünvan, yüzlərlə iş imkanı! - Bakıda əmək yarmarkası - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 430 baxış
Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Milli Kibertəhlükəsizlik Agentliyindən xəbərdarlıq | Şəxsi məlumatlarımızı necə qoruyaq? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 430 baxış
Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 430 baxış
ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

ICESCO Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksini mükafatlandırıb - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 430 baxış
ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

ADA Universitetində açılış mərasimi keçirilib | Mərkəz hansı imkanları yaradacaq? - Baku TV

Cəmiyyət
27 oktyabr 2026 430 baxış
Seçilmişlər
icon