“Ölüm ayağındayıq, ağlayırıq” | Sakinlər fəryad edir | "Şikayəti elə bil daşa deyirik" - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Susuzluq problemi Ucar rayonunun 4 minə yaxın əhalisi olan Alpout kəndinin sakinlərini çətin vəziyyətdə qoyub.
Sakinlərin sözlərinə görə, onlar illərdir həm içməli, həm də suvarma suyunun çatışmazlığından əziyyət çəkirlər.
Baku TV-nin qaynar xəttinə müraciət edən kənd sakinləri problemin həlli üçün aidiyyəti qurumlardan kömək istəyirlər.
"Arxın suyundan çəltik, yonca əkənlər istifadə edir. Kəndə isə su gəlib çatmır. Gələndə də ayda bir-iki dəfə gəlir. Suyun üstündə dava düşür, insanlar bir-birinə xəsarət yetirir", – deyə sakinlərdən biri bildirib.
Digər sakin isə vəziyyətin dözülməz həddə çatdığını deyib:
"Ölüm ayağındayıq. Bu istidə susuzluqdan əziyyət çəkirik. Nə özümüzə, nə də heyvanlarımıza su tapa bilirik. Çox ağır vəziyyətdəyik".
#Ucar teqi istifadə olunub
- Ucarda fermerlər, şirkətlər və dövlət qurumlarının nümayəndələri görüşür - Baku TV
- Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir - Baku TV
- Bakıya gedən sərnişin avtobusu Ucarda yandı | Avtomobillərin hərəkəti məhdudlaşdırıldı - Baku TV
- Şəkidən Bakıya gedən sərnişin avtobusu Ucarda yandı - 24 SAAT
- Qorxunc hadisənin yaşandığı evdən anbaan görüntülər | Ucarda ev külə döndü - Baku TV
