Pleyeri seçin:

On bir ayın sultanı Ramazan başladı

19 fevral 2026 261 baxış

Bu gündən Ramazan ayı başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayının başlaması ilə bağlı yaydığı fətvada bu il Ramazan ayının 1-nin miladi təqvimlə fevral ayının 19-na təsadüf etdiyi qeyd olunub.

Fətvada bildirilib ki, Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq, böyük ehtimalla martın 20-nə təsadüf edəcək.

Ramazan ayının ilk gününün imsak vaxtı səhər saat 06:04-də, iftar vaxtı isə saat 18:20-də olacaq.

Fətvada bildirilib ki, Ramazan təqvimi Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan Novruzla üst-üstə düşür. Tövsiyə olunub ki, çərşənbə axşamlarında açılan Novruz süfrələri iftar saatlarına uyğunlaşdırılsın. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allahın nəzərində bəyənilən əməllərdəndir. Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. İlk Qədr gecəsi martın 8-i, digərləri isə martın 10-u, 12-si və 16-sı olacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20-si və 21-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq.

Kopyalandı
“Buradan o qədər adam qovmuşam ki…” | “Bu kişinin zər atmağı tamam başqadır!” - ARZUNUN VAXTI

“Buradan o qədər adam qovmuşam ki…” | “Bu kişinin zər atmağı tamam başqadır!” - ARZUNUN VAXTI

Cəmiyyət
19 fevral 2026 261 baxış
"Bazar batıb, hamı ziyandadır!" | Satıcıları çətin vəziyyətdə qoyan nələrdir? - Baku TV

"Bazar batıb, hamı ziyandadır!" | Satıcıları çətin vəziyyətdə qoyan nələrdir? - Baku TV

Cəmiyyət
19 fevral 2026 261 baxış
Ramazan ayının 2-ci gününün duası - Baku TV

Ramazan ayının 2-ci gününün duası - Baku TV

Cəmiyyət
19 fevral 2026 261 baxış
Elə sürətlə yayılır ki... | Bu zərərvericilər hər yeri basır! - "Mübarizə aparılmasa..." - Baku TV

Elə sürətlə yayılır ki... | Bu zərərvericilər hər yeri basır! - "Mübarizə aparılmasa..." - Baku TV

Cəmiyyət
19 fevral 2026 261 baxış
Xanabad sakinlərinin sevincli günü | 154 nəfər doğma yurda qayıtdı

Xanabad sakinlərinin sevincli günü | 154 nəfər doğma yurda qayıtdı

Cəmiyyət
19 fevral 2026 261 baxış
Şiferlər görün hansı ağır xəstəliyə səbəb olurmuş | Həkimlər həyəcan təbili çaldı! - Baku TV

Şiferlər görün hansı ağır xəstəliyə səbəb olurmuş | Həkimlər həyəcan təbili çaldı! - Baku TV

Cəmiyyət
19 fevral 2026 261 baxış
Bakıda yaşlı qadınlara qarşı bu əməl görənlərin hiddətinə səbəb oldu  - Baku TV

Bakıda yaşlı qadınlara qarşı bu əməl görənlərin hiddətinə səbəb oldu - Baku TV

Cəmiyyət
19 fevral 2026 261 baxış
"Nostalji hisslər yaşadım" | Kino musiqilərindən ibarət konsert keçirildi - Baku TV

"Nostalji hisslər yaşadım" | Kino musiqilərindən ibarət konsert keçirildi - Baku TV

Cəmiyyət
19 fevral 2026 261 baxış
“İbadət ancaq oruc, namaz deyil” | Orucu necə əvəzləmək olar? | “Ramazan ac qalmaq ayı deyil” - AMİN

“İbadət ancaq oruc, namaz deyil” | Orucu necə əvəzləmək olar? | “Ramazan ac qalmaq ayı deyil” - AMİN

Cəmiyyət
18 fevral 2026 261 baxış
Ramazan ayının 1-ci gününün duası - Baku TV

Ramazan ayının 1-ci gününün duası - Baku TV

Cəmiyyət
18 fevral 2026 261 baxış
Seçilmişlər
icon