On minlərlə azərbaycanlının qətlə yetirildiyi 31 mart soyqırımından 107 il ötür
Yeniliklərdən dərhal xəbərdar olun
Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi 31 Mart soyqırımından 107 il ötür.
1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib.
Kütləvi qırğınlar zamanı Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan İsmailiyyə binasını yandırıblar.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində isə 16 mindən çox günahsız azərbaycanlı öldürülüb. Erməni daşnakları Lənkəran, Naxçıvan, Zəngəzur, Muğan və Qarabağda minlərlə kəndi yandırıb, onminlərlə insanı vəhşicəsinə qətlə yetiriblər.
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1919 və 1920-ci illərdə 31 mart tarixi ümummilli matəm günü kimi anılıb. 1998-ci il martın 26-da Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb və əcnəbi dillərə tərcümə olunub.
#31 mart soyqırımı teqi istifadə olunub
- Quba Soyqırımı Memorial Kompleksini minlərlə vətəndaş ziyarət edib - Baku TV
- "6 azərbaycanlı, 6 türkiyəli əsgər orada..." | 2 minə yaxın şəxsin qətlə yetirildiyi rayon - Baku TV
- Quba Soyqırımı Memorial Kompleksi ziyarət olundu
- "Sağ ola-ola əl-ayağını, dilini kəsdilər" | Dəhşətə gətirən vəhşiliklərin yaşandığı ərazi - Baku TV
- Prezident və xanımının sosial media hesablarında Soyqırımı Günü ilə bağlı paylaşım edildi - Baku TV
