Pleyeri seçin:

Ona görə çox peşmanam | Ailəsi göz yaşları içində Elnur Əşrəfoğludan danışdı - RETRO BAKU

19 iyun 2024 664 baxış

“Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayı tanınmış telejurnalist Elnur Əşrəfoğluna həsr olunub. Elnur Əşrəfoğlu televiziya tarixinə 1995-ci ildə müstəqil Azərbaycanın İsraildə ilk futbol reportajını xarici ölkədən aparan şərhçi kimi daxil olub. 2000-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü, sonra isə “Neftçi” klubunun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifələrində çalışıb.

Mərhum jurnalist barədə xatirələrini bölüşən həyat yoldaşı İlahə Şükürova Elnur Əşrəfoğlu ilə ailə həyatı qurduğuna görə heç vaxt peşman olmadığını deyib. O, həyat yoldaşının futbol sevgisini oğluna necə aşılamasından danışıb:

“Oğlumuz Mətinə körpə vaxtlarından futbol izlədirdi. Deyirdim, ay Elnur, o nə başa düşür, futbol nədir. Üç yaşından sonra Mətini özü ilə stadionlara aparırdı. Necə o marağı Mətində yaradıbsa, indi oğlum Elnurun davamçısıdır. Bu uşaq Elnur kimi futbolla yaşayır”.

İ.Şükürova E.Əşrəfoğlunun koronavirusa yoluxma dövründən bəhs edib:

“Sentyabrın 1-i idi. Elnur mənə zəng vurub özünü çox pis hiss etdiyini dedi. Evə gəldi. İlk dəfə idi ki, onun hərarətinin qalxdığını gördüm. “Korona” sözü ona dəhşətli gəlirdi. Biz bu virus yayılandan Elnura görə çox qorxurduq. Düzdür, Elnur sağlam idi, heç bir problemi yox idi. Amma bir böyrəyi var idi. Buna görə çox narahat idik. Səhər getdik, test verdik. Telefona pozitiv olması barədə cavab gəldi. Elnur kimi həyatsevər, hər şeyə normal baxan insan o mesajdan sonra çökdü. Telefonu söndürdü, heç kimin zənginə cavab vermədi”.

Qızı Zöhrə Şükürova ölüm ayağında olan atasını xəstəxanada ziyarət etmədiyinə görə peşman olduğunu söyləyib:

“Sonuncu dəfə atamı xəstəxanaya yola salarkən gördüm. Gedəndə mənə dedi ki, ağlama, pis olma, bir həftəyə qayıdacağam. Özü də vəziyyətinin ağır olduğunu hiss edirdi, amma yenə də təsəlli verməyə çalışırdı. Yanına getmək istəyirdim, amma yaxınlarım dedilər ki, atanı o vəziyyətdə görməsən, daha yaxşı olar. İndi çox peşmanam, kaş yanına gedərdim”.

Banner
"İyulda qayıda bilərdi, amma...” | Televiziyanın sakit əməkdaşı cəbhədə necə qəhrəmana çevrildi?

"İyulda qayıda bilərdi, amma...” | Televiziyanın sakit əməkdaşı cəbhədə necə qəhrəmana çevrildi?

Cəmiyyət
28 oktyabr 2026 664 baxış
Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV

Milli Qəhrəman Natiq Qasımova həsr olunan və süni intellektlə hazırlanan filmin təqdimatı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 664 baxış
"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

"50 manat verib özüm təmizlətmişəm" | Sumqayıtda antisanitar vəziyyət - "İydən keçə bilmirik"

Cəmiyyət
28 oktyabr 2026 664 baxış
“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komendantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

“Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komendantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 664 baxış
Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Hansı məhsulların qiyməti qalxacaq? - Gələn il bahalaşma ola bilər, çünki... - Baku TV CANLI

Cəmiyyət
28 oktyabr 2026 664 baxış
“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

“Deyirlər, qadından siyasətçi olmaz” | Qadınların cəmiyyətdə rolu necə gücləndirilməlidir? - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 664 baxış
“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

“O puldan xeyli yedi, camaatın əli çatmadı” | Sakinlərin başına oyun açan problem - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 664 baxış
"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

"Anaların balaları ilə öldüyü gündür" | Bərdə terrorunun qurbanlarının xatirəsi anıldı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 664 baxış
Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Xırdalanda baş verən hadisə görənləri təşvişə saldı | Sürücülər hər an təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 664 baxış
“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

“Ruslan mənim tək övladım idi” | Bərdə terrorunda həlak olanların yaxınları danışdı - Baku TV

Cəmiyyət
28 oktyabr 2026 664 baxış
Seçilmişlər
icon