Orqanları təqlid edən bu texnologiyadan necə istifadə olunacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Niderlandlı alimlər tam orqanları təqlid edən orqanoidlər – kiçik orqanlar yetişdirmək üçün yeni üsul hazırlayıblar.
Orqanoidlər dərmanların sınaqdan keçirilməsi üçün laboratoriyalarda istifadə olunur. Orqanların mini versiyalarını yetişdirmək üçün bədəndəki hüceyrədən kənar matrisə bənzər bir mühit lazımdır. Hüceyrədən kənar matris hüceyrələri dəstəkləyən və toxumalara quruluş verən zülallar şəbəkəsindən ibarətdir.
Hazırda orqanoidlər siçan şişlərindən əldə edilən bazal membran ekstraktlarından istifadə etməklə istehsal olunur. Bu materiallar olduqca bahalıdır, lakin onların dəqiq tərkibi qeyri-müəyyən olaraq qalır.
Həll axtarışında olan tədqiqat qrupu gözlənilməz bir alternativə – bakteriya zülalına müraciət edib. Xüsusilə bağırsaqlarda yaşayan “yersinia” bakteriyasına diqqət yetiriblər.
Elm adamları mədədə invaziv örtüklə orqanoidlər yetişdirməyi bacarıblar. Bu quruluş hüceyrələrin böyüməsini və öyrənilməsini asanlaşdırıb. Müəlliflərin fikrincə, yeni texnologiya dərmanların hazırlanmasını sürətləndirəcək.
#Tibbi kəşflər teqi istifadə olunub
- Soyuducuya ehtiyac olmayan peyvənd hazırlandı | Alimlərdən inqilabi kəşf - Baku TV
- Tibb tarixinə düşən an | Həkimlərdən inqilabi addım
- Alimlərdən inqilabi addım | Onkoloji xəstəliklərə qarşı yeni müalicə üsulu
- Diabetdə inqilabi üsul | İynə vurmadan diabeti tənzimləmək üçün...
- Sümüklər görün nələrdən düzəldiləcək | Hamının danışdığı yeni üsul
