Özbəkistanda "Nəsil Ağacı" filminin təqdimatı keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı mövzusunda istehsal etdiyi “Nəsil ağacı” adlı sənədli filminin özbək dilində nümayişi baş tutub.
Mərkəzdə keçirilən təqdimatda Özbəkistanda yaşayan azərbaycanlılar, Qərbi Azərbaycan icmasının təmsilçiləri, qardaş ölkənin mədəniyyət, təhsil, ictimaiyyət xadimləri, universitetlərin tələbələri iştirak ediblər.
Filmin ssenari müəllifi Ayaz Mirzəyev, prodüseri Elnur Niftəliyev, rejissoru Zəka Quliyevdir.
Filmin layihə rəhbəri və ssenari müəllifi Ayaz Mirzəyev Baku TV-yə açıqlamasında bildirib ki, “Nəsil ağac”ı filmində Qərbi Azərbaycan ailəsi haqqında müxtəlif hekayələrdən ibarət ekran işi yaratmaq istəyiblər.
“Nəsil ağacı” filmi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Vətənimizə qayıtmaq istəyirik” adlı sənədli film layihəsi çərçivəsində hazırlanıb.
#Qərbi Azərbaycan teqi istifadə olunub
- Ərazidə aşkarlanan azərbaycanlılara aid onlarla məzar daşı tarixi həqiqəti üzə çıxarır - Baku TV
- Ermənilərin Qıvraq kəndində etnik təmizləmə apardığının bariz sübutu - Baku TV
- Zəngəzurun tarixi kəndi necə məhv edildi? | Etnik təmizləməyə məruz qalan tarixi məkan
- Daşkörpü qəbiristanlığında aşkarlanan məzardaşları nəyi göstərir? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
- Daşkörpünün bir əsrlik tarixi: kəndin taleyi necə dəyişdi? - YOXA ÇIXMIŞ SİVİLİZASİYA
