Pensiya alanların çoxdan gözlədiyi xəbər | İqtisadçı detalları açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
2024-cü ilin sonuna yaxınlaşdıqca ictimaiyyəti maraqlandıran məsələlərdən biri də növbəti ildə pensiyaların nə qədər artacağıdır.
Qanunvericiliyə görə, hər ilin əvvəlində bütün növ əmək pensiyaları dövlət başçısının müvafiq sərəncamı ilə əvvəlki il üzrə orta aylıq əməkhaqqının illik artımına uyğun artırılır.
Yəni əvvəlki il maaşlar orta hesabla nə qədər artıbsa, növbəti ildə pensiyaların məbləği də həmin səviyyədə qaldırılır. 2024-cü ildə orta aylıq əməkhaqqının 6 faiz artacağı proqnozlaşdırılıb. Lakin ilin yanvar-sentyabr aylarında bu göstərici 8 faiz olub.
İqtisadçı Rəşəd Həsənov mövzu ilə bağlı Baku TV-yə açıqlamasında deyib ki, 2025-ci ildə əmək pensiyalarının 9 faiz artırılacağı gözlənilir.
Bundan başqa, dövlət başçısının qarşıdakı ildə növbəti sosial paketin həyata keçiriləcəyini elan etməsi minimum pensiya məbləğində artımın olacağı ilə bağlı gözləntilər yaradıb.
R.Həsənov minimum pensiya məbləğinin 280 manatdan 300-310 manata qədər artırılacağını ehtimal edir.
#Əmək pensiyası teqi istifadə olunub
- “Bu, çox ciddi məsələdir” | Pensiyalarla bağlı yeni qayda məbləğə necə təsir edəcək? - Baku TV
- Əhalinin nəzərinə | Pensiya ilə bağlı yeniliklər nələr olacaq? - Baku TV CANLI
- Gələn il əmək pensiyalarında hansı dəyişikliklər ola bilər? - Baku TV CANLI
- Əmək pensiyalarında artım olacaq? | 2027-ci ildə hansı dəyişiklik olacaq? - Baku TV
- Son 2 ildə sosial istiqamətə ayrılan vəsaitin həcmi açıqlandı
