Pleyeri seçin:

Pompeyin nəsli bu kənddə yaşayır? - 500 illik sirr: evin tavanında nələr yazılıb? - KƏNDİNƏ QAYIT

16 avqust 2026 254 baxış

“Kəndinə qayıt” verilişinin yeni buraxılışında Zaqatalanın Mamrux kəndinə səfər edilib.

Zaqatala şəhərindən təxminən 14 kilometr məsafədə yerləşən Mamrux iki mindən çox əhalisi olan qədim yaşayış məntəqələrindən biridir. Təbiəti, tarixi abidələri və özünəməxsus adət-ənənələri ilə seçilən kənddə sakinlərin əsas məşğuliyyət sahələrindən biri fındıqçılıqdır.

Kəndin qədim tarixini göstərən əsas izlərdən biri burada aşkarlanan qəbirlərdir. Sakinlərin sözlərinə görə, qazıntılar zamanı uzunluğu 210 santimetrə çatan qədim qəbirlər üzə çıxıb.

“Dişlərinin hamısı sap-sağlam idi, bir dənə də diş tökülməmişdi. Sümükləri ölçdük, xeyli uzun idi, indiki insanlardan böyük idi”, – deyə kənd sakinlərindən biri bildirib.

Mamruxda “Pompeylər məhəlləsi” də yerləşir. Yerli sakinlər bu adın qədim Roma sərkərdəsi Qney Pompeyin bölgəyə yürüşü ilə bağlı olduğunu söyləyirlər. Kənddə Roma döyüşçülərinə aid olduğu ehtimal edilən ox və nizə ucluqlarının tapılması bu rəvayəti daha maraqlı edir. Lakin Pompey nəslinin burada yaşaması ilə bağlı dəqiq elmi sübut yoxdur.

Kənddə 500 ildən çox yaşı olduğu bildirilən qədim Alban evi də qorunur. Sakinlərin sözlərinə görə, bu tikili Alban memarlığından günümüzə qədər gəlib çatan nadir evlərdəndir. Evin tavanında ərəb qrafikası ilə yazıların olduğu da bildirilir. Şəxsi mülk olduğu üçün uzun illərdir bərpa olunmayan tikili hazırda dağılmaq təhlükəsi ilə üz-üzədir.

Kopyalandı
Banner
"Bu cəbhədə döyüşmək çox qürurludur" | "Xəzər TV" 19 yaşını qeyd edir - Baku TV

"Bu cəbhədə döyüşmək çox qürurludur" | "Xəzər TV" 19 yaşını qeyd edir - Baku TV

Cəmiyyət
05 oktyabr 2026 254 baxış
“Bircə o qalıb ki, evimizi uçuraq” | Mingəçevir sakinlərindən sərt etiraz - Baku TV

“Bircə o qalıb ki, evimizi uçuraq” | Mingəçevir sakinlərindən sərt etiraz - Baku TV

Cəmiyyət
05 oktyabr 2026 254 baxış
Orta gəlirli ailə üçün ev sahibi olmaq niyə çətinləşib? - AKTUAL GÜNDƏM

Orta gəlirli ailə üçün ev sahibi olmaq niyə çətinləşib? - AKTUAL GÜNDƏM

Cəmiyyət
05 oktyabr 2026 254 baxış
"44" bədii filmi 15 oktyabrdan ölkənin bütün kinoteatrlarında - Baku TV

"44" bədii filmi 15 oktyabrdan ölkənin bütün kinoteatrlarında - Baku TV

Cəmiyyət
05 oktyabr 2026 254 baxış
"Qoxudan dayanmaq olmur..." | Mehdiabadda antisanitar vəziyyət - Göl zibil poliqonuna çevrilib?

"Qoxudan dayanmaq olmur..." | Mehdiabadda antisanitar vəziyyət - Göl zibil poliqonuna çevrilib?

Cəmiyyət
05 oktyabr 2026 254 baxış
"Keçən ay 3 həftə lift işləmədi..." | Binəqədi sakinlərinin bitməyən lift problemi - Baku TV

"Keçən ay 3 həftə lift işləmədi..." | Binəqədi sakinlərinin bitməyən lift problemi - Baku TV

Cəmiyyət
05 oktyabr 2026 254 baxış
Yarım əsrlik binada narazılıq: sakinlər nə tələb edir? - Baku TV CANLI

Yarım əsrlik binada narazılıq: sakinlər nə tələb edir? - Baku TV CANLI

Cəmiyyət
05 oktyabr 2026 254 baxış
Mingəçevirin müəllimlər massivində sakinləri narazı salan nədir? - Baku TV CANLI

Mingəçevirin müəllimlər massivində sakinləri narazı salan nədir? - Baku TV CANLI

Cəmiyyət
05 oktyabr 2026 254 baxış
“Onların əlindən gəzə də bilmirik!” | Binəqədidə 50 illik binanın sakinləri ayağa qalxdı - Baku TV

“Onların əlindən gəzə də bilmirik!” | Binəqədidə 50 illik binanın sakinləri ayağa qalxdı - Baku TV

Cəmiyyət
05 oktyabr 2026 254 baxış
"Hər gün yuxuda görürdüm ki, Qəzənfəri itirirəm" | Şəhid yoldaşından duyğulandıran sözlər - Baku TV

"Hər gün yuxuda görürdüm ki, Qəzənfəri itirirəm" | Şəhid yoldaşından duyğulandıran sözlər - Baku TV

Cəmiyyət
05 oktyabr 2026 254 baxış
Seçilmişlər
icon