"44" bədii filmi 15 oktyabrdan ölkənin bütün kinoteatrlarında - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
“44” bədii filmi bir kursantın gözü ilə canlandırılan qəhrəmanlıq və məhəbbət dramıdır.
Filmdə əks olunan hadisələr xüsusi təyinatlıların timsalında Vətənin müdafiəsi uğrunda ayağa qalxan bir nəslin ruhunu, iradəsini və fədakarlığını təcəssüm etdirir.
Süjetin mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türk həkim-ortoped Zeynəb Özdəmir və xüsusi təyinat qrupunun komandiri polkovnik Ramazan Kərimov dayanır.
Sevgi və şəxsi sınaqlar xətti ilə paralel olaraq filmdə gərgin hərbi əməliyyatlar cərəyan edir.
“44” sadəcə müharibə haqqında film deyil. Bu film qəlbi Vətən sevgisi ilə döyünən, ümidini heç vaxt itirməyən və sona qədər torpaqlarının azadlığı uğrunda fədakarlıqla mübarizə aparan Azərbaycan xalqının hekayəsidir.
“44” Ali Baş Komandanın dəmir yumruğu, xalqın birliyi və igid oğullarımızın qəhrəmanlığı ilə qazanılmış tarixi Zəfərin bədii salnaməsidir.
#İkinci Qarabağ müharibəsi teqi istifadə olunub
- Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - QARABAĞ XRONİKASI
- “Sizin bəyanatınız bütün dünyaya göstərdi ki...” | Şuşadan dünyaya vacib mesajlar - Baku TV
- Şəhidlərin əmanəti, xalqın qüruru, dövlətin gücü
- Azərbaycanın qələbəsi Cənubi Qafqazda nələri dəyişdi? | Zəfərin 6-cı ildönümü - Baku TV
- “Xalqdan gələn dəstək mənə güc verirdi” | Şəhidlərin qanı ilə yazılan tarix - Baku TV
