Propolis piylənmənin təsirlərini yüngülləşdirir
Yeniliklərdən dərhal xəbərdar olun
Propolis piylənmənin yaratdığı metabolik pozğunluqların simptomlarını yüngülləşdirə bilər.
Alimlər propolisin tərkibindəki bioloji aktiv birləşmələrin antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malik olduğunu və maddələr mübadiləsinə təsir göstərə biləcəyini müəyyən ediblər.
Rusiyalı həkim-diyetoloq Darya Rusakova yerli mediaya müsahibəsində propolisin və digər arıçılıq məhsullarının insan orqanizminə təsiri barədə danışıb.
O bildirib ki, propolis həqiqətən də insan orqanizminə antibakterial, göbələkəleyhinə və iltihabəleyhinə təsir göstərən geniş çeşiddə bioloji aktiv maddələr ehtiva edir.
"Propolis yüksək antioksidant tərkibi sayəsində patogenlərlə mübarizə aparır, vaxtından əvvəl qocalma və iltihabla mübarizəyə kömək edir, hüceyrələrə zərər verən sərbəst radikalları neytrallaşdırır və bununla da müxtəlif xəstəliklərin riskini azaldır", – deyə Rusakova əlavə edib.
#Piylənmə teqi istifadə olunub
- Artıq çəki orqanizmin müdafiə hüceyrələrinə təsir edir
- Bəzi şişlərin inkişaf riskini piylənmə artırır?
- Gecə yemək kökəldir: həqiqət, yoxsa mif? - Piylənmə hansı xəstəliklərin riskini artırır? - BAKU MED
- “İnsan sırf qidalanmaq naminə zövqlərdən uzaqlaşır” | Psixiatr
- Ciddi xəstəliklərin yaranma riski artır
