Pleyeri seçin:
Qalıqları tapılan şəhid Nazim Şirinov torpağa tapşırıldı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, 31 il sonra qalıqları tapılmış Nazim Şirin oğlu Şirinovun dəfn mərasimi keçirilib.
Mərasimdə mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“31 ildən sonra bu tapıntı bizim üçün şərəfdir. Şəhidlik elə bir zirvədir ki, hər kəsə qismət olmur. İki övladı var, bir oğlunu gördü, ikincini görmək qismət olmadı”, – mərhumun qardaşı söyləyib.
Şəhidin nəşi Abşeron rayonu Mehdiabad qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, N.Şirinov 1993-cü il oktyabrın 23-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü. O, Tərtərdəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.
Kopyalandı
