Pleyeri seçin:
Qalıqları tapılan şəhid Səbuhi Süleymanov Şəkidə dəfn edildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan, Tərtər şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Səbuhi Yamən oğlu Süleymanovla Şəki rayonunun Cəfərabad kəndində vida mərasimi keçirilib.
Şəhidin nəşi Şəki rayonunun Cəfərabad kənd qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Şəki Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Səbuhi Yamən oğlu Süleymanov 1972-ci ildə Şəki rayonunun Cəfərabad kəndində anadan olub. O, 1992-ci ilin noyabr-dekabr aylarında Ağdərə rayonu ərazisində itkin düşüb.
Kopyalandı
