Pleyeri seçin:
Qarabağda ailə mərkəzi yaradılacaq
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qarabağda ailə mərkəzinin inşası aparılır. Bu barədə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda həm uşaq hüquqları, həm də ayrı-seçkiliklə bağlı qarşıya qoyulmuş öhdəliklə əlaqədar tövsiyə və hesabat hazırlanır: “O öhdəliklərdən biri də sığınacaqların yaradılmasıdır. Bununla bağlı dövlət proqramları da var. Həmin proqramlar çərçivəsində bölgələrdə sığınacaqların yaradılması nəzərdə tutulur”.
B.Muradova qeyd edib ki, yaxın vaxtlarda 5 mərkəz istifadəyə veriləcək: “2-si azad edilmiş ərazilərdə olmaqla, 5 ailə mərkəzinin tikintisi ilə məşğuluq. Artıq layihə-smeta sənədləri hazırdır”.
Kopyalandı
#Bahar Muradova teqi istifadə olunub
- "Çətinlik doğuran problemlərə qarşı..." | Komitə sədri WUF13-ün əhəmiyyətini vurğuladı - Baku TV
- Bahar Muradova Bakıda keçirilən dini müxtəliflik festivalından danışdı
- “Həyatım Elçin müəllimin gözünün qabağında keçib” | Elçin Əfəndiyevlə belə vidalaşdılar
- Bakıda keçirilən mühüm tədbirin 2-ci günündə nələr yaşandı? - Detallar açıqlandı
- Türk dövlətlərinin rəsmiləri Bakıda toplaşdı | Nələr müzakirə olundu?
