Qarabağda mina və döyüş sursatları zərərsizləşdirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində azad edilən ərazilərdə bu ilin iyul ayı ərzində 610 hektaradək ərazi minalardan tam təmizlənib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Bu günə qədər mühəndis-istehkam bölmələri 32 285 hektar ərazini mina və partlamamış döyüş sursatlarından təmizləyib. Ümumilikdə 10 207 ədəd piyada əleyhinə, 2 580 ədəd tank əleyhinə mina və 10 447 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Bundan əlavə, mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyət nəticəsində yeni təminat yolları çəkilib. İyul ayı ərzində 70 km-dən artıq mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.
Minatəmizləmə işlərində əsas səylər azad edilən ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
#Minatəmizləmə teqi istifadə olunub
- Mediatur iştirakçılarına minatəmizləmə fəaliyyəti ilə bağlı məlumat verildi - Baku TV
- ABŞ boğazda gizli əməliyyat keçirib?
- Hər addımda ölüm riski | Minaaxtaranların bir günü | Atası şəhid oldu, oğlu yolunu davam etdirir...
- Həlak olan minatəmizləyənlərin ailələrinə Prezident təqaüdü veriləcək - Baku TV
- İran İsrail və ABŞ-nin 127 dronunu zərərsizləşdirib
