Qarabağın ilk şəhidləri : Əli və Bəxtiyar
Fevralın 22-si Azərbaycanın Qarabağda verdiyi ilk şəhidlərinin anım günüdür. Bu gün Əsgəranda Əli Hacıyev və Bəxtiyar Quliyevin şəhid olmasından 35 il ötür.
1988-ci ildə Qarabağın Ermənistana birləşdirilməsi haqqında qətnamə ilə razılaşmayan onminlərlə etirazçı sırasında Ə.Hacıyev və B.Quliyev də var idi. Fevralın 22-də səhər saatlarında silahsız azərbaycanlılar Əsgərana doğru hərəkət etdilər. Düşmən tərəfindən etirazçılara doğru açılan qəfil atəşlə isə Əli və Bəxtiyar şəhid edildi.
Şəhid Əli Hacıyevin qardaşı Arif Hacıyev bildirib ki, illərdir qardaşının qəbirini tapa bilmir: “Əli Qarağacı qəbiristanlığında dəfn olunmuşdu. İllərdir oranı ziyarət etsəm də, qardaşımın qəbirini tapa bilmirəm. Qəbirlərin hamısını şumlayıb, taxıl əkiblər”.
A.Hacıyev torpaqlarımızın işğaldan azad olunmasından sonra Əli və Bəxtiyarın intizarda olan ruhlarının azadlığa qovuşduğunu deyib.
