Qardaşını öldürən şəxs məhkəmədə nələri etiraf etdi? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin sərbəst ifadəsi dinlənilib.
Amin Nuri qardaşı Aslan Nurini hər hansı bir mülklə bağlı yox, onun sürdüyü həyat tərzi ilə bağlı öldürdüyünü vurğulayıb. Bildirib ki, qardaşının hərəkətlərinə görə tanışları tərəfindən daim qınanılaraq ondan namusunu təmizləməsini tələb ediblər.
"O, bir neçə gün idi ki, məni hədələyirdi ki, sənin başını kəsərəm. Qorxumdan bıçağı üstümdə gəzdirirdim. Həmin gün otağa girdim, onu oyatdım ki, gedək bir yerdə kərpic alaq və həyətdə iş görək. O isə ayılan kimi mənə və ailəmə nalayiq söyüşlər söydü. Mən də onu vurdum. Həmin otaqda uşaq ondan iki metr aralıda yatmışdı. Uşağı aparıb anasına verdim, sonra polisə getdim", – deyə təqsirləndirilən şəxs əlavə edib.
Yanvarın 14-də keçirilməsi nəzərdə tutulan növbəti proses şahid ifadələri ilə davam edəcək.
Qeyd edək ki, hadisə 2025-ci il iyulun 3-də səhər saatlarında Binəqədi rayonunun ərazisində baş verib. 30 yaşlı Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib. Onun qardaşı, 35 yaşlı Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək qardaşını öldürdüyünü etiraf edib və könüllü təslim olub. Onun barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
#Qətl hadisəsi teqi istifadə olunub
- "Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- "Səs-küyə çıxdıq ki..." | Üç tanışın arasında yaranan münaqişə faciə ilə nəticələnib - Baku TV
- Tovuzda tanışlar arasında mübahisə ölümlə nəticələnib - Baku TV CANLI
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
