Pleyeri seçin:
Qazax şəhidinə vida etdi: Atası şəhid Elvin Əhmədovun arzularını ürəkağrısı ilə xatırladı
Şəhid Elvin Əhmədov Qazaxda izdihamla dəfn edilib. Sentyabrın 21-də Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan hərbçimiz Əhmədov Elvin Əhməd oğlu doğulduğu Qazax rayonunun Qarapapaq kəndində ruhuna dua oxunduqdan sonra nəşi yaylım atəşi altında torpağa tapşırılıb.
Şəhidimizin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı atasına təqdim edilib.
“Vətənpərvər idi. Bütün əməliyyatlarda iştirak etmişdi. Üçyaşlı övladı ondan yadigar qaldı. Arzusu Vətənə xidmət etmək idi, etdi də”, – şəhidin dayısı deyib.
Kopyalandı
#Şəhid Elvin Əhmədov teqi istifadə olunub
