Qazı camaata rüşvətlə verir, amma… | Gədəbəydə sakinləri boğaza yığan problemlər
Yeniliklərdən dərhal xəbərdar olun
Gədəbəy rayonunun Dərəqumlu kəndində yaşayan sakinlər yol və qaz problemi yaşayırlar.
Sakinlər deyirlər ki, yolun yararsız halda olması səbəbindən buraya nə təcili tibbi yardım maşını gəlir, nə də qış aylarında minik avtomobilləri hərəkət edə bilir.
Onlar iddia edirlər ki, kəndə qaz xətti çəkilsə də, sakinlərdən evlərinin mavi yanacaqla təmin olunması üçün rüşvət istənilir.
“Neçə dəfə müraciət etmişik, deyiblər ki, get çıxarış al. Xəstə adamam, çıxarış almağa pul verim, yoxsa müalicəmi etdirim?!”, – deyə sakin narazılığını bildirib.
Gədəbəy RİH-dən isə yol məsələsi ilə bağlı bildirilib ki, sözügedən ərazi asfaltlanıb: “Məktəbin yanı asfaltlıdır. İcra Hakimiyyətinin rüşvət istədiyini iddia edən sakinlər isə qərəzli danışırlar”.
#Gədəbəy teqi istifadə olunub
- "Sarsaq adamın sözünə inanarlarmı?!" | 34 il əvvəl Gədəbəy sakinini öz oğlu öldürüb? - Baku TV
- Gədəbəydə qandonduran hadisə | Dəhşətli detallar illər sonra üzə çıxdı? - Baku TV CANLI
- Gədəbəydə yağış yağdı, dolu düşdü
- "Evi yıxan da arvad olur" | Bu kənddə oxumayana qız vermirlər - KƏNDİNƏ QAYIT
- Gədəbəydə ailə münaqişəsi faciə ilə bitdi
