Qubada təbii fəlakət baş verən ərazidə monitorinq keçirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün əvvəl Baku TV-nin işıqlandırdığı məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən rayon ərazisində monitorinq keçirilib.
Söhbət Qubanın İkinci Nügədi kəndində Qaraçaya gələn selin vətəndaşlara məxsus torpaq və təsərrüfat sahələrini yuyub aparmasından və evlərə doğru yaxınlaşmasından gedir. Aparılan monitorinqlər zamanı 2020-ci ildən bu yana Qaraçayla yanaşı, Qudyalçay və Vəlvələçay çaylarında yerləşən faydalı qazıntı yataqlarında karxanaların qanunsuz fəaliyyəti nəticəsində çay məcrasının dəyişdiyi müəyyən edilib.
Agentlikdən bildirilib ki, həmin sahələrdə karxanaların fəaliyyəti dayandırılıb və müvafiq hüquqi tədbirlər görülüb.
#Quba teqi istifadə olunub
- Qubanın internet üzünə həsrət qalan kəndi | Problem nə vaxt həll olunacaq? - Baku TV
- "Neçə dəfə qəza şəraiti yaranıb" | Qubada yoldakı yeni nişanlanma narazılıq doğurdu - Baku TV
- Qış vaxtından tez gəldi | Şimalın yüksək dağ kəndlərinə ilk qar yağdı - Baku TV
- Şimal rayonları ağ örpəyə büründü | Qış özünü vaxtından əvvəl göstərir - Baku TV
- “Əvvəl keçirdi, indi evlərimizə kimi girir!” | Sakinlər niyə acınacaqlı halda qalıb? - Baku TV
