Pleyeri seçin:
Qubanın Xırt kəndində qeyri-adi məktəb | Yeganə şagird və müəllimi danışdı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qubanın mərkəzindən təxminən 50 kilometr məsafədə yerləşən Xırt kənd ibtidai məktəbində cəmi 1 şagird təhsil alır.
Məktəbin yeganə şagirdi olan Nəzrin Süleymanova 3-cü sinifdə oxuyur:
“Şagirdlər yoxdur. Ona görə də tək qalmışam. Tək gedib-gəlirəm, dərslərimi yaxşı oxuyuram”.
23 ildir sözügedən məktəbin tək müəllimi olan Arif Babayev hər il 17-18 şagirdinin olduğunu, getdikcə isə onların sayının azaldığını deyib: “Keçən il 4 şagirdim var idi. Onlar da 4-cü sinifi bitirdikləri üçün başqa məktəbə gediblər. Hələlik 1 nəfər qalıb. Mən də təkəm, 23 ildir həm rəhbər, həm də müəllim kimi bu məktəbdə işləyirəm”.
Kopyalandı
#Quba teqi istifadə olunub
- “Əvvəl keçirdi, indi evlərimizə kimi girir!” | Sakinlər niyə acınacaqlı halda qalıb? - Baku TV
- “Məktəbdə deyirlər ki, dərs keçə bilmərik” | 11 yaşlı qız niyə təhsildən kənarda qalıb? - Baku TV
- Qubada dəhşətli hadisə | Həyatını itirən kişinin qardaşı hər şeyi danışdı - Baku TV
- "8 qəpiyə verəcəyik, 2 günə bağı qurtarıram" | Quba bağlarında məhsuldarlıq niyə azalıb? - Baku TV
- Qubada Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib - Baku TV
