Pleyeri seçin:

"Baku TV", "Report" İA və Qazaxıstanın "Xabar" Agentliyi arasında əməkdaşlıq memorandumu imzalandı

18 noyabr 2025 501 baxış

"Global Media Group"a daxil olan Baku TV və Report İnformasiya Agentliyi Qazaxıstanın ən nüfuzlu informasiya qurumlarından biri – "Xabar" Agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıb.

Sənəd Qazaxıstanın Astana şəhərində imzalanıb.

Memorandumu Baku TV-nin direktoru Ramin Cəfərov, Report İnformasiya Agentliyinin baş direktoru Fuad Hüseynəliyev və "Xabar" Agentliyinin İdarə Heyətinin sədri Kəməlbək Oyşıbayev imzalayıblar.

Mərasimdə "Global Media Group"un İdarə Heyətinin üzvü Orxan Məmmədov və Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov iştirak edib.

Səfir çıxışında bu əməkdaşlığın regionda informasiya əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.

O bildirib ki, media sahəsində koordinasiyanın güclənməsi Qazaxıstan və Azərbaycan arasında uzun illərdir formalaşmış dostluq münasibətlərinə əlavə dinamizm qatacaq.

Kəməlbək Oyşıbayev isə çıxışında qeyd edib ki, "Xabar" Agentliyi Azərbaycan media qurumları ilə tərəfdaşlığı strateji əməkdaşlıq xəttinin mühüm tərkib hissəsi kimi görür.

"Global Media Group"un İdarə Heyətinin üzvü Orxan Məmmədov çıxışında bildirib ki, Baku TV və Report İnformasiya Agentliyinin Qazaxıstanla qurduğu bu əməkdaşlıq Cənubi Qafqaz və Mərkəzi Asiya informasiya məkanında yeni sinerji yaradır:

"Bu tərəfdaşlıq yalnız kontent mübadiləsi deyil, həm də iki ölkənin aparıcı media institutları arasında peşəkar standartların genişlənməsi deməkdir. Qarşılıqlı fəaliyyətin praktik nəticələri yaxın zamanda daha aydın görünəcək".

Banner
Yol nişanları milliləşdirilməlidir?

Yol nişanları milliləşdirilməlidir?

Cəmiyyət
02 noyabr 2026 501 baxış
“İdeya rəngarəngliyini boğmaq olmaz” | Müzakirə yaradan təklifə deputatdan izah - Baku TV

“İdeya rəngarəngliyini boğmaq olmaz” | Müzakirə yaradan təklifə deputatdan izah - Baku TV

Cəmiyyət
02 noyabr 2026 501 baxış
"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

"Üstündən 5 il keçib, icra edən yoxdur" | "Azərişıq"la vətəndaş arasında borc mübahisəsi - Baku TV

Cəmiyyət
02 noyabr 2026 501 baxış
"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

"45 gündür, 2 saata pulu verir" | 92 min manatlıq dələduzluq iddiası - "Başımı yediniz ki..."

Cəmiyyət
02 noyabr 2026 501 baxış
Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Masazırda ev sövdələşməsi: 92 min manatın aqibəti necə oldu? - Baku TV CANLI

Cəmiyyət
02 noyabr 2026 501 baxış
"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

"Üfunətdən, nəmişlikdən evdə otura bilmirik" | Sakinlər təhlükə ilə üz-üzə - Baku TV

Cəmiyyət
01 noyabr 2026 501 baxış
70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

Cəmiyyət
01 noyabr 2026 501 baxış
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb | Hava haqqında məlumat - Baku TV

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb | Hava haqqında məlumat - Baku TV

Cəmiyyət
01 noyabr 2026 501 baxış
"Nə vaxta qədər ayağımıza sellofan geyinib avtobusa minəcəyik?" | Palçıqlı yollar sakinləri bezdirdi

"Nə vaxta qədər ayağımıza sellofan geyinib avtobusa minəcəyik?" | Palçıqlı yollar sakinləri bezdirdi

Cəmiyyət
01 noyabr 2026 501 baxış
Nikahlar azalır, boşanmalar artır | Ölkəni hansı demoqrafik gələcək gözləyir? - XÜLASƏ

Nikahlar azalır, boşanmalar artır | Ölkəni hansı demoqrafik gələcək gözləyir? - XÜLASƏ

Cəmiyyət
01 noyabr 2026 501 baxış
Seçilmişlər
icon