"Bir qalanın sirri"nin çəkildiyi ev | Ağsaqqal Mərdəkan qalasının sirrindən danışdı | O VAXTLAR
Yeniliklərdən dərhal xəbərdar olun
“O vaxtlar” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayında 40 ildir gözətçilik edən Mərdəkan sakini Vidadi Yaftumov Mərdəkan qalasından, abidənin sirrindən bəhs edib:
“Bakı qoçuları ermənilərin qabağını burada alırdı. Bütün Abşeron kəndlərində sahilboyu qalalar olub: müdafiə və müşahidə qalaları. Dördkünc formada olan müdafiə, girdə şəklində olan qalalar isə müşahidə üçün tikilib”.
O, Bakı kəndlərinin bir-biri ilə çox yaxın münasibətdə olduğunu söyləyib: “Toy-nişan olanda Şüvəlan, Binə, Maştağa sakinləri həmişə bir yerə yığışardı. Bizi ayıran şey olmayıb. Əksinə, bir-birimizə daha da yaxınlaşırıq. Ayrı-ayrı Bakı kəndlərindən olan cavanlar evlənir, ailə daha da böyüyür”.
V.Yaftumov “Bir qalanın sirri” filminin 1959-cu ildə onların evində çəkildiyini də qeyd edib.
#O vaxtlar (Baku TV-nin rubrikası) teqi istifadə olunub
- "İmkansız idik, qızın ailəsi şəhərdə ev istədi" | Nardaran sakini: "Həmişə ilk addımı yoldaşım atıb"
- "Bakılılar bir-birinin arxasında dayanmır" | "Rayonlu idi deyə nişanı qaytarmaq istədi" - O VAXTLAR
- "Çörəyin qədrini həmişə bilmişəm” | 35 il çörək daşıyan novxanılı ağsaqqalın həyat hekayəsi
- "Əvvəllər toyda musiqiçidə səhv tuturdular" | Qarmon ifaçısı Nemət Hüseynov keçmiş toylardan danışdı
- "Atamın qabağında onu qucağıma götürməmişəm" | Maştağa sakini | "Ona görə gec evləndim" - O VAXTLAR
