Pleyeri seçin:
"Boz qurd" işarəsi göstərən erməni deputat: Bakıya köçmək istəyirəm!
Bakıda doğulmuş erməni deputat Vilen Qabrielyan yenidən Azərbaycanda yaşamaq istəyir.
Qabrielyan təhlükəsizlik təminatı veriləcəyi təqdirdə, Bakıya köçəcəyini bildirib.
“Azərbaycan təhlükəsizlik təminatı verərsə, Bakıya getmək, orada yaşamaq istəyərdim”, – V.Qabrielyan qeyd edib.
Erməni deputat Ermənistanın da türklərin Qərbi Azərbaycana qayıdışını təmin etməli olduğunu dilə gətirib.
“Dünya yeni yaranmayıb, bir-biri ilə müharibə aparan, sonra sülh şəraitində yaşayan çoxlu dövlətlər, millətlər var”, – o bildirib.
Qabrielyan hesab edir ki, hər iki tərəf – Ermənistan və Azərbaycanın qaçqınların geri qayıtmasını təmin etməlidir.
Qeyd edək ki, erməni deputat bundan öncə “boz qurd” işarəsi ilə gündəmə gəlmişdi.
Kopyalandı
#Ermənistan teqi istifadə olunub
- Ərdoğan İlham Əliyevin yürütdüyü siyasəti hansı kontekstdə vurğuladı? - Baku TV
- Moskvanın İrəvandakı əsas nümayəndəsi ilə bağlı diqqətçəkən iddia yayılıb - ANA XƏBƏR
- “Tramp yolu” Ermənistan-Rusiya münasibətlərində yeni ziddiyyətləri yaradır? - AKTUAL GÜNDƏM
- Ermənilər üçün işğalın “ən qiymətli” yadigarı | "Həm ağacları məhv edirdilər, həm də..." - Baku TV
- İrəvan Rusiya qazından imtina edib Azərbaycana üz tutacaq? - Baku TV CANLI
