Pleyeri seçin:
"Buradan keçmək mümkün deyil" | Mingəçevirin mərkəzində biabırçı mənzərə - Baku TV
Mingəçevirdə günlərdir kanalizasiya suları küçəyə axır.
Sakinlər bildirirlər ki, şəhərin Heydər Əliyev prospekti, 31 ünvanında günlərdir kanalizasiya quyularından daşan çirkab suları ərazidə antisanitar vəziyyət yaradıb.
Ərazidə yaşayan vətəndaşlardan biri problemlə bağlı aidiyyəti qurumun qaynar xəttinə müraciət etdiklərini vurğulayıb:
“Neçə gündür zəng edirik. Ərazidən kəskin qoxu gəlir, pəncərələri açmaq olmur. Yay günündə bu cür antisanitariya xəstəlik mənbəyidir”.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, hazırda sözügedən ünvanda Mingəçevir Sukanal İdarəsinin əməkdaşları tərəfindən kanalizasiya xəttində baş verən qəza aradan qaldırılır.
Kopyalandı
#Mingəçevir teqi istifadə olunub
- "Borc yazılıb, mən kanalizasiya işlədirəm?!" | Boğaza yığılan sakinlər şikayət etdi - Baku TV
- Keçmiş məcburi köçkünlərin yaşadığı binada qorxulu anlar | Mingəçevir - Baku TV
- "Dəmirləri çöldədir, yağış suyu evdə" | Sakinlərin dərdinə niyə çarə qılan yoxdur? - Baku TV
- Bu ərazidə sakinləri hər an itlər parçalaya bilər! - Baku TV CANLI
- "Çölə çıxa bilmirik!" | Sakinlərin kabusuna çevrilən küçə itləri dəhşət saçır - Baku TV
